Friday, May 24, 2019

DMANİSİDƏ KƏRBƏLA SƏRVƏRLƏRİNİN TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  Aprel 10 2019
Rate this item
(0 votes)

Bu gün Dmanisinin Qarabulaq kəndində Həzrət İmam Hüseyn (ə), Həzrət İmam Səccad (ə) və Həzrət Əbəlfəzl-Abbasın (ə) mövlud günləri münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə din xadimləri, dövlət rəsmiləri, Qarabulaq və ətraf kəndlərdən dəvət olunan müsəlmanlar iştirak edib.
Məşədi Azər Əliyevin aparıcılığı ilə keçirilən tədbir Qurandan bir neçə ayənin oxunması ilə açıq elan olunub.
Tədbirdə çıxış edən dəyərli ruhani Mahir Məmmədov və Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şaban ayının əvvəl günlərinə təsadüf edən mövludlar münasibəti ilə təbriklərini çatdırıb İmam Hüseynin (ə) və Əhli-beytin fəziləti, şəxsiyyəti və Onların həyatından alınan dərslər haqda geniş məlumat veriblər. Hz. Peyğəmbərimizin (s) əmanətlərinə vəfa etmənin önəmi və bunun üçün üzərimizə düşən vəzifələr haqqında danışıblar.
Əhlibeyt məddahı Kərbəlayi Səid Həsənin ifasında ilahi nəğmələr, şeir və qəsidələrlə şən əhval ruhiyyədə keçirilən mərasimdə rayonun tanınmış ruhanisi Almaz Əlləzov, Dmanisi munisipalitetinin merin müavini Arif Süleymanov və bələdiyyənin müavini Hüseyn İsmayılov məclis iştirakçılarını bayram günləri münasibəti ilə təbrik edib xoş arzularını çatdırıblar.
Təbir ölkə və İslam dünyası üçün dualar oxunmaqla sona çatıb.

Read 67 times