Thursday, August 22, 2019

TBİLİSİDƏ ZƏMANƏNİN İMAMI HZ. MEHDİ (Ə) HAQQINDA SUAL-CAVAB PANELİ KEÇİRİLİB

Written by  Aprel 18 2019
Rate this item
(0 votes)

Bu gün Tbilisinin Poniçala məntəqəsində yerləşən “Əhlibeyt” məscidində zamananın imamı Həzrət Mehdinin (ə.c) təvəllüdünə həsr olunmuş “Bizimlə, bizdən gizlin” başlıqda tədbir keçirilib.


Tədbirdə Gürcüstan ruhaniləri ilə birgə Türkiyə və İran İslam Respublikasından dəyərli din alimləri, ətraf rayon və kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.
Qurani-Kərimin tilavətindən sonra tədbirin aparıcısı Vidadi Qurabanov ilk öncə sözü Məscidin axundu Hacı Rahid Kərimova verdi. O qonaqları salamlayıb, iştirakçları təbrik etdikdən sonra proqramın formatını açıqladı. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov tədbir iştiraçılarını və dünya müsəlmanlarını zamananın imamı, Allahın son höccəti Hz. Mehdinin (ə) təvəllüdü münasibəti ilə təbrik edib, qonaqları və tədbir iştirakçılarını salamladı. Tədbirin əsas təşkilatçısı olan Əhlibeyt məscidinin icmasına və zəhməti keçən hər kəsə təşəkkür edib, intizarında olduğumuz Allahın son höccəti və dünyanın xilaskarı mövzusunda belə tədbirlərin keçirilməsinin önəm və faydalarından danışdı.
Daha sonra tədbir sual-cavab paneli şəkilində davam etdi. Tədbirin qonaqları ölkəmizdə səfərdə olan İİR-nın Ali Dini Rəhbərinin nümayəndəsi Ayətullah Əli Rza Təqəvi, Türkiyə Cəfəri Alimlər Birliyinin sədri (CABİR) Hasan Karabulut, Beynəlxalq Almustafa Universutetinin nümayəndəsi Davud Zare və digər qonaqlar sualları cavablandırdılar.
İmam Mehdinin (ə.c) qeybdə olmasının, bu günə qədər zühur etməməsinin səbəblər, intizarın mahiyyət və fəzilətləri və eyni zamanda İmamın həqiqi yolunu gözləyənlərin üzrərinə düşən vəzifələri haqqında bir çox suallara aydınlıq gətirdilər.

Read 150 times Last modified on Last modified on Aprel 22 2019