Friday, May 24, 2019

İĞDIR -TUZLUCADA HZ. MEHDİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  Aprel 27 2019
Rate this item
(0 votes)

İğdırın Tuzluca məntəqində Hz. İmam Mehdinin (ə) təvəllüdü münasibəti ilə bu gün mərasim təşkil olundu.

Artıq 9 ildir ki, Türkiyə "Cəfəri Alimlər Birliyi" və İğdır "Ali-Əba" dərnəyinin birgə təşkil etdiyi tədbirə bir sıra din xadimləri, dövlət rəsmiləri ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov bu il də dəvətli idi.
Kanal on4, CEM tv və Kackar Tv vasitəsi ilə canlı yayımlanan tədbirdə çıxış edən Türkiyə Cəfəriləri lideri Şeyx Səlahəddin Özgündüz, İranın Zəncan şəhərinin İmam cüməsi Ayətullah Hatəmi, Bakıda yerləşən Hacı Cavad adına məscidin İmam cüməsi dəyərli din alimi Hacı Əhliman Rüstəmov və başqa ruhani və elm adamları Hz. İmam Mehdinin (ə) qeybə çəkilməsinin və zühurunun tezləşməməsinin səbəbləri, zühurun və intizarın mahiyyət və fəlsəfəsi, İslam ümmətinin İmamın zühuru üçün üzərinə düşən vəzifələr və s. mövzular haqqında geniş söhbətlər etdilər. Tədbirə dəvət olunan Gürcüstanlı Əhlibeyt məddahı Səid Həsən ilahilər oxudu. Nəhayət şeir və qəsidələrlə davam edən tədbir az yaşlı uşaqların birgə oxuduğu ilahi və Fərəc duası ilə sona çatdı.

Read 46 times