Saturday, July 20, 2019

TBİLİSİ VƏ MARNEULİDƏ AZYAŞLILAR ARASINDA “PEYĞƏMBƏRLƏRİN HƏYATI” KİTABINDAN YARIŞ TƏŞKİL OLUNDU

Written by  May 02 2019
Rate this item
(0 votes)

Bu gün Tbilisi Cümə məscidində və Gürcüstan Müsəlmanları İdarəsinin Marneuli nümayəndəliyində Din kurslarında oxuyan azyaşlı şagirdlər arasında “Peyğəmbərlərin həyatı” kitabından olimpiada - yarış təşkil olundu.

Test və yazılı üslübda keçirilən sınaq imtahanında Gürcüstanın müxtəlif şəhər, rayon və kəndlərindən 150-ə yaxın yeniyetmələr suallara cavab verməklə dini bilgilərini sınamış oldular. 
Ramazan ayında müsabiqənin qalibləri Bütün Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəfis hədiyyələrlə mukafatlandırılacaqlar.
Qeyd edək ki, hər il olduğu kimi bu ilin Ramazan bayramı ərəfələrində Qurani Kərimin üzündən düzgün oxunuşundan da yarışlar təşkil olunacaqdır.
İlin sonuna qədər yenə “İslami hekayələr” kitabından kitab oxuma yarışı nəzərdə tutulub.

 

Read 119 times