Friday, May 24, 2019

PATRİARX II İLYA GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ RƏHBƏRLİYİ İLƏ DAVID QARECİ - KEŞİŞDAĞ MONASTIR KOMPLEKSI İLƏ BAĞLI MƏSƏLƏNI MÜZAKIRƏ EDİB

Written by  May 09 2019
Rate this item
(0 votes)

Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov və Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev Gürcüstan Patriarxlığında Gürcüstanın Katalikos-Patriarxı II İlya ilə görüşüblər.


Görüşdə son zaman David Qarace məbədi - Keşişdağ manastrı haqqına yaranmış vəzityyətlə bağlı müzakirələr aparılıb. 
Müsəlman din rəhbərləri səmimi qəbula görə II İlya cənablarına təşəkkür edib. Son zaman yaranmış vəziyyətdən və bəzi siyasi xadim və din adamının emoasianal və kəskin çıxışlarından təəssüfləndiklərini bildiriblər. Çox çətin və olduqca həssas bir vəziyyətin mövcud olduğu bir vaxtda hər kəsi və xüsusi ilə din xadimlərini ehtiyatlı olmağa dəvət ediblər. Din adamlarının sülh və barışa səsləyən çıxış və bəyanatlarla münasibətlərin həllində böyük müsbət rol olmasını bildiriblər. Əlavə olaraq qeyd ediblər ki, ümüd edirik bu məsələ Gürcüstan və Azərbaycan arasındaki dostluq münasibətinə yaraşır bir şəkildə və strateji tərəfdaşlığa uyğun olaraq həll olunacaq. Qonşu və qardaş xalqlar arasında əsrlər boyu gələn dostluq ənənəsinə heç bir xələl yetirməyəcəkdir. 
Görüşdə Patriarx II İlya Cənabları Meope İobinin hisslərə qapılan kəskin çıxışından təəssüfləndiyini bildirərək, onun çıxışının Patriarxlığın və dövlətin mövqeyini əks etdirmədiyini söylədi. O, iki dost qonşu dövlətlər arasında mövcud vəziyyətin sülh yolu ilə və ədalətli şəkildə həll olunmasının vacibliyini vurğuladı. Qafqazın və bütün dünya xalqlarının sülh və barış içərisində yaşamalarının vacibliyini bildirdi.
Görüşün sonunda bütün Gürcüstan Katolikos Patriarxı Şeyx və Müftiyə gəldikləri üçün təşəkkür etdi və onlara dini fəaliyyətlərdə uğurlar arzuladı.
Şeyx və Müfti də bütün Gürcüstanın Katolikos Patriarxına səmimi qonaqpərvərliyi üçün və Onun ölkədə mövcud olan dinlərarası xoş və tolerant münasibətlərin güclənməsindəki zəhmətlərindən dolayı təşəkkür etdi və ona cansağlığı və uzunömür, ölkəmizə isə barış, bolluq və firavanlıq arzuladılar.
Sonra Mitropolit Siyo ilə davam edən görüşdə “David Qareci" monastır kompleksi ilə bağlı patriarxiyanın yaydığı bəyanat təqdim olunub.

Read 29 times