Thursday, August 22, 2019

PARLAMENTİN İNSAN HÜQUQLARI VƏ VƏTƏNDAŞ İNTEQRASİYASI KOMİTƏSİNİN BEŞİNCİ İCLASINDA MƏSCİDLƏRİN TİKİLİŞİNDƏ YARANAN PROBLEMLƏR MÜZAKİRƏ OLUNUB

Written by  May 16 2019
Rate this item
(0 votes)

Bu gün parlamentin “İnsan Hüquqlar və Vətəndaş İnteqrasiya Komitəsi”-nin iclas zalında, müxtəlif dini icmaların və dini QHT və hüquq təşkilatlarının iştirakı ilə din mövzusunda 5-ci iclas keçirilib.


İnsan Hüquqları və Vətəndaş İnteqrasiya Komitəsinin sədri Sopo Kiladzenin başçılıq etdiyi iclasda dini məkanların mülkiyyəti, tikilişi, təmiri sahəsində olan problemlər, orta məktəblərdə dini təhsil və digər məsələlər müzakirə olunub. Dini konfessiyaların nümayəndələri qarşılaşdıqları çətinlikləri dilə gətirib, problemlərin həlli sahəsində təkliflərini irəli sürüblər.
Toplantıda “Gürcüstan Müsəlmanları İdarəsi”-nin Şeyxi Hacı Ramin igidov məscidlərin tikilişi məsələsi haqda olan problemləri dilə gətirib. O, çıxışında bildirib ki, bir çox hallarda məscidin tikilişi üçün Dini Məsələlər üzrə Dövlət Agentliyinə və yerli idarəetmə orqanlarına müraciət edirik. Ancaq müsbət cavab ala bilmirik. Bir çox halda heç cavab belə verilmir, bəzən bəhanələr gətirilir və bəzən isə onların səlahiyyətində olmadıqlarını bildirərək məsələnin həllindən yayınırlar. Biz düşünürük ki, bu problemin həlli istiqamətində müəyyən tənzimləyici qayda və qanuna ehtiyac var. Bir də dini məkanlar tikildiyi zaman yerli insanların ona ehtiyacı olub-olmaması araşdırmalı, həmin məntəqədə sakin olan insanların dini, məzhəbi nəzərə alınmalıdır. İbadət evi tikildiyində onun bani və maddi dəstəkçiləri və hansı qrupun (ənənəvi və ya yoxsa qeyri ənənəvi) tərəfindən idarə olunacağını da diqqətdən kənarda saxlanılmamalıdır.”
Hacı Ramin İgidov çıxışında onu da əlavə edib ki: Gürcüstanda son illərdə müəyyən çətinliklərlə də olsa məscidlər tikilmişdir və ölkəmizin müstəqiliyindən günümüzə qədər məscidlərin sayı 3 dəfə artmışdır. Ancaq yenə də bir çox böyük məntəqələrdə, kəndlərdə ibadət evlərinə ciddi ehtiyaclar yaşanmaqdadır.”

Read 139 times