Wednesday, June 26, 2019

QARDABANİ ŞƏHƏRİNDƏ İFTAR SÜFRƏSİ AÇILIB

Written by  May 25 2019
Rate this item
(0 votes)

Ötən illərdə olduğu kimi dünən Qardabanidə rayon rəhbərliyi tərəfindən iftar süfrəsi təşkil olunub. 


İftar məclisində Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri və İdarənin əməkdaşları ilə birgə millət vəkili, rayon icra hakimiiyəti və bələdiyyəsinin əməkdaşları, şəhər və ətraf kəndlərindən dəvət olunan dindarlar, din və ictimaiyyət xadimləri iştirak edib.
Qurani-Kərimin tilavəti ilə başlayan məclisdə Gürcüstan Parlamentinin millət vəkili Savalan Mirzəyev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müfti Hacı Yasin Əliyev məclis iştirakçılarını salamlayaraq Ramazan ayı münasibəti ilə təbrik etmiş, bu ayın fəziləti, mahiyyəti və orucun əhəmiyyəti haqqında danışıbar. Din rəhbərləri Gürcüstanda dinlərarasında mövcud olan dostluq münasibətlərindən, tolerantlıqdan danışaraq, dövlətimizin Ramazan ayında iftaar süfrələri təşkil edərək dinimizə göstərdiyi diqqət və qayğıdan dolayı təşəkkür ediblər.
Məclisdə dünyaya və ölkəmizə sülh, bolluq-firavanlıq, ailələrə xöşbəxtlik və körpələrə sevinc arzu olunub. Dua və ibadətlərin qəbul olunması üçün dualar edilməklə sona çatıb.

 

Read 56 times