Wednesday, June 26, 2019

KAXETİNİN RAYONLARINDA İFTAR SÜFRƏLƏRİ TƏŞKİL OLUNUB

Written by  May 29 2019
Rate this item
(0 votes)

May ayının 27-si Laqodexinin Qabal kəndində və dünən axşam isə Saqareconun Qaraçöp kəndində bölgə quberniyasının və yerli idarəetmə orqanının təşəbbüsü ilə yerli müsəlmanlara iftar süfrələri təşkil olundu.

İftar məclisində Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev və İdarənin əməkdaşları ilə birgə Kaxeti bölgəsinin qubernatoru, rayon icra hakimləri və bələdiyyə sədr və əməkdaşları, həmin bölgədəki müsəlmanlar yaşayan məntəqələrdən dəvət olunan dindarlar, din və ictimaiyyət xadimləri iştirak edib. 
İftar süfrələrində din, ictimaiyyət xadimləri və dövlət rəsmiləri çıxış edərək Ramazan ayı münasibəti ilə təbriklərini və xoş arzularını çatdırıblar, bu ayın dəyər və mahiyyətindən danışıblar. Sonra məclisdə ilahilər oxunub və nəhaayət dualar edilməklə sona çatıb.
Qeyd edək ki, Ramazan ayının əvvəlindən sonuna qədər Gürcüstanın bir çox rayon və kəndlərində belə süfrələrin təşkili artıq neçə illərdir ki, adət halı almışdır. İslamın Ramazan mədəniyyəti olan İftar süfrəsinin təşkilində zəhməti keçənlərə minnətdarlığımızı bildiririk.

Read 52 times