Thursday, August 22, 2019

MARNEULİ ŞƏHƏRİNDƏ İFTAR SÜFRƏLƏRİ TƏŞKİL OLUNUB

Written by  May 29 2019
Rate this item
(0 votes)

Bu ayın 27-si Marneuli millət vəkili, ötən axşam isə rayon icra hakimiyyəti və bələdiyyəsinin təşkilatçılığı ilə Marneulidə iftar süfrəsi təşkil olunub.

Hər iki iftar süfrələrində rayon və ətraf kəndlərində dəvət olunan müsəlmanlar iştirak edib.
Məclislərdə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi və müftisi, Kvemo Kartli bölgə qubernatoru Marneuli rayon icra hakimi və bələdiyyə sədri, yerli ruhanilər və digər rəsmilər iştirak edib. 
Quranın tilavəti ilə başlayan məclislərdə din rəhbərləri, millət vəkilləri, bölgə qubernatoru və rayon rəhbərlikləri çıxış edərək müsəlmanları Ramazan ayı münasibəti ilə təbrik edib, Allah ayının insanları saflığa, paklığa, doğruluğa, dürüstlüyə, şəfqətə və yardımlaşmağa səslədiyi haqda danışıblar. 
Çıxışı zamanı GMİnin şeyxi Hacı Ramin İgidov bilidirb ki, “artıq neçə ildir Ramazan ayı boyunca ənənəyə çevrilən belə iftar məclislər ölkənin bir çox şəhər, rayon və kəndlərində yerli idarəetmə orqanlarının və Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən keçirilir. Dövlətimiz tərəfindən həyata keçən bu səmimi addım ölkə müsəlmanları tərəfindən yüksək ehtiram və etimad olaraq qəbul olunur. Buna görə də müsəlmanlar adından göstərdikləri diqqət və qayğıdan dolayı dövlətimizə və əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk.”
Məclislər Marneulinin baş axundu Hacı Əziz Nəbiyevin xoş arzuları və dua oxuması ilə sona çatıb.

{gallery} iftmar{/gallery} 

Read 144 times