Wednesday, June 26, 2019

1 İYUNDA YETİM, KİMSƏSİZ VƏ QÜSURLU UŞAQLARA VƏ UŞAQLAR EVLƏRİNƏ YARDIM EDİLDİ, RAMAZAN PAYI VERİLDİ

Written by  İyun 01 2019
Rate this item
(0 votes)

Gürcüstan Müsəlmanları İdarəsi bu gün Uşaqların Beynəlxalq Müdafiə günü və Ramazan ayı münasibəti ilə ümumilikdə 250-dən çox azyaşlı yetim uşaqları və azyaşlı qüsurluları Ramazan payı verməklə yad etdi.

Eyni zamanda hər il olduğu kimi bu ildə də Rustavi və Batumi şəhərlərində olan kimsəsiz və fiziki qüsurlu uşaqlar yurduna ümumilikdə 4000 lari məbləğində ehtiyacları olan əşyalar (stol, stul, yataq dəstləri və s.) alınıb həmin yurdalara bağışlanıldı.
Bu il Ramazan ayının ilk günlərində 120 yetim və aztəminatlı ailələrin uşaqlarına (yaxını ilə birgə) Gürcüstan Müsəlmanları İdarəsi və Türkiyə Qırmızı Aypara komitəsinin tərəfindən iftar süfrəsi də təşkil olundu.
Bu gün Qardabanidə Xeyirxah Azərbaycanlı İş Admları tərəfindən də 50 atadan yetim olan uşaqa ərzaq kisələri təqdim olundu.
Müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması və düzgün təlim və tədrisi dövlətin və hər kəsin əsas məsuliyyətərindəndir.

Read 46 times