Wednesday, June 26, 2019

GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINI İFTAR SÜFRƏSİNƏ QONAQ EDİB

Written by  İyun 01 2019
Rate this item
(0 votes)

Ötən axşam ölkənin Baş Naziri Mamuka Baxtadze təşkil etdiyi iftar süfrəsində Gürcüstanın müxtəlif bölgələrində yaşayan müsəlmanlarla bir araya gəlib.


Artıq neçə illərdir ki, ənənəvi hal alan nazirliyin iftar süfrəsində dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycan, Türkiyə İran, İrak, Qətər, Türkmənistan respublikalarının səfirləri, din xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.
Hökümət başçısı müsəlmanları salamlayaraq çıxışı zamanı öncə Ramazan ayı və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edib. Ramazan ayının özünün şəfqət, sevgi, yardımsevərliliyi ilə seçilən bir ay olduğunu dilə gətirib.
Sonra qeyd edib ki, “Tarix boyu ölkəmizdə xristianlar, müsəlmanlar və digər dinlərə mənsub vətəndaşlar birgə qarşılıqlı sayqı və hörmətlə, sülh şəraitində mehriban yaşamışlar. Bu gün bu ənənə davam edir və Gürcüstan dövləti gələcəkdə də bu tarixi adəti gələcək nəsillərdə yaşadacaqdır. Bizim hamımız bu ölkənin vətəndaşıyıq və ona görə də ölkəmizin inkişafı istiqamətində əlimizdən gələni əsirgəməməliyik”. O həmçinin bildirib ki, “Müsair əsrimizin fərqli tələb və çağrışlarına baxmayaraq Gürcüstan dövləti fərqli millətlərin dini və milli ənənələrini yaşatmağa davam edəcəkdir”.
İftar axşamında Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Gürcüstanda yaşayan müsəlmanların son illərdəki dini vəziyyəti ilə bağlı məlumat verib. Dövlətin müsəlmanlara və digər ənənəvi dinlərə diqqət və dəstəyindən danışıb.
Sonra Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, Şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək dinimizə göstərilən diqqət, sayqı və etimada görə hökümət başçısına təşəkkür ediblər. Ramazan ayı boyunca ölkənin müsəlmanlar yaşayan bütün bölgələrində dövlət tərəfindən təşkil olunan iftar süfrələrinə görə də ölkənin Baş nazirinə minnətdarlıqlarını bildiriblər. Sonra ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzulayıblar. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərk, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını diləyiblər.
Sonda baş nazir qonaqlarla xatirə şəkili çəkdirib.

Read 63 times