Thursday, August 22, 2019

Tbilisi Cümə Məscidində bayram namazı qılındı

Written by  İyun 05 2019
Rate this item
(0 votes)

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov namazdan öncə müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

O, tutulan orucların, dua və ibadətlərin Allah tərəfindən qəbul olunmasını diləyib.

Şeyx Gürcüstana sülh və əmin-amanlıq, müsəlmanlara rifah və tərəqqi arzulayıb.

R.İgidov fitrə zəkatının miqdarı və faydaları barədə danışıb, dindarları maraqlandıran sualları cavablandırıb.

Daha sonra bayram namazı qılınıb. Namaza İranın Gürcüstandakı səfiri Seid Cavadi də qatılıb.

Bayram namazları azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun məscidlərində də qılınıb.

Read 132 times Last modified on Last modified on İyun 09 2019