Thursday, August 22, 2019

GÜRCÜSTANIN BAŞ NAZİRİ ÖLKƏ MÜSƏLMANLARINI QURBAN BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİB

Written by  Avqust 11 2019
Rate this item
(0 votes)
Gürcüstanın Baş naziri Mamuka Baxtadze bü gün müqəddəs Qurban bayramı münasibəti ilə ölkə müsəlmanlarını təbrik etmək üçün Tbilisi “Cümə” məscidində olub.
Baş nazir ölkə və dünya müsəlmanlarını müqəddəs bayram münasibəti ilə təbrik edib, onlara bolluq və firavanlıq, sağlam həyat, sülh və əminamanlıq arzulayıb. 
Baş nazir qeyd edib ki, bu gün ümid, qarşılıqlı yardım və sevgi günüdür: "Gürcüstanın gücü onun rəngarəngliyidir. Əsrlər boyu əcdadlarımız bir yerdə Gürcüstan dövlətini qurublar. Hər kəs ölkədə dostluq və qardaşlığı qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidir".
Məscidə toplaşan müsəlmanlar qarşısında çıxış edən Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müfti Hacı Beqlar Kamaşidze Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib, dua və xoş arzularını çatdırıblar. Allahdan duaların və kəsilən qurbanların qəbul olunmasını diləyiblər. Qurban bayramının sevgi, fədakarlıq, şəfqət və mərhəmət rəmzləri ilə dolu bir bayram olduğu haqqında məlumat veriblər.
GMİnin şeyxi, hacı Ramin İgidov çıxışı zamanı qeyd edib ki:  “Üç səmavi dinin babası hesab olunan Hz. İbrahimdən insanlara yadigar qalan Qurban bayramının məna və dərslərindən insanlar ibrət almış olsaydılar dünyada rəhmət, şəfqət, birlik və ictimaiyyət arasında qayğı və yardımlaşma hissi çoxalardı.
Belə ki, Hz. İbrahimin  Qurbanlıq hadisəsində insanlara Allaha təslim olma, İlahi eşqin digər istəklərə qələbə çalması, yoxsulları yada salmaq və insanln canına qıymamaq, səmimilik, həmrəylik və mərhəmət dərsləri mövcuddur... Bu günlər Allahın buyurduğu şərtlərlə heyvanlar qurban edilir. Ancaq əsas  Qurbanlıq insanın Allaha ibadət və itaətində olmalıdır. Onun Allahın istəklərinə tabe olması digər nəfsani istəkləri üstələməlidir.  Amma təəssüflər olsun ki, bundan dərs almayan Adəm övladları arasında hələ də düşmənçilik, rəhimsizlik və şəfqətsizlik mövcuddur. Təəssüflə hələ də bir çox günahsız insanlar güc, sərvət və cəhalət qurbanıdırlar. ”
Din rəhbərləri çıxışlarının sonunda ölkə, dünya və dövlət üçün dualar edib, xoş arzularını bildiriblər. Gürcüstan hökümətinin müsəlmanlra göstərdiyi diqqət, dəstək və qayğını yüksək qiymətləndiriblər. 
Sonda Baş nazirə din rəhbələri tərəfindən hədiyyələr təqdim olunub. Görüş sonrası ölkə başçısı məscididə çay və şirniyyat süfrəsi ətrafında din xadimləri, Azərbaycan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər müsəlman ölkələrinin səfirləri və Türkiyənin səfirlik nümayəndəsi ilə bir araya gəlib.
Read 14 times Last modified on Last modified on Avqust 12 2019