Monday, September 16, 2019

MSXETADA QƏDİR-XUM BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  Avqust 20 2019
Rate this item
(0 votes)
 Ötən gün Msxetanın Çixiciri kəndində Qədir-xum bayramı münasibəti ilə mərasim təşkil olunub.
Kərbəlayi Pərviz Abdullayevin aparıcılığı ilə keçirilən məclis  öncə  Hacı Əli Nəqiyevin Quran tilavəti ilə başlayıb. Bunun ardınca tədbirdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Bakıdan ölkəmizə dəvət olunan tanınmış ilahiyyatçı alim Hacı Ramil Bədəlov çıxış edib.  İlahiyyatçılar çıxış edərək bayram münasibəti ilə bütün müsəlmanları təbrik edib və bu bayramın mahiyyətindən, İslam aləmində önəmindən geniş söhbət açıblar. Allahın peyğəmbərimizə (s) buyurduğu sonuncu sifarişi, vilayət məqamının əhəmiyyətini açıqlayıblar.
 Tədbirdə Gürcüstanlı məddah Kərbəlayi Səid Həsənov şeir və ilahilər səsləndirib.
 Həmçinin Msxeta rayon Bələdiyyəsinin sədri və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri  məclis iştirakçılarına öz təbrik və ürək sözlərini bildiriblər.
Bayram süfrəsi ətrafında təşkil olunan mərasim dua oxunmaqla sona çatıb.
Read 44 times

მეჩეთები

ლოცვის დრო [2016]