Monday, September 16, 2019

TBİLİSİDƏ QƏDİR-XUM BAYRAMI QEYD OLUNUB

Written by  Avqust 20 2019
Rate this item
(0 votes)
Hər il olduğu kimi bu günlərdə də Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün  "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər təşkil olunur, tədbirlər keçirilir və bayram süfrələri açılır.
Həmin tədbirlərdən biri də ötən gün axşam namazından sonra  Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerli və ətraf məntəqələrdən dəvət olunan inanclı müsəlmanların iştirakı ilə təşkil olunub.
Məclisin təşkilatçısı olan “Əhli-beyt” məscidinin axundu Hacı Rahidin Qurani-Kərimdən ayələrin tilavəti və açıq elan etməsindən sonra tədbirdə azyaşlı uşaqlar şeir və qəsidələr oxuyublar.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Azərbaycanın dəyərli ruhanilərindən ölkəmizdə qonaq olan Hacı Ramil Bədəlov çıxış edərək “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmi və eləcə də İslam ümmətinin vəhdətinin zəruriliyi haqda məlumat veriblər. Peyğəmbərimizin (s) son sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar. 
Gürcüstanlı məddah Səid Həsənin şeir və ilahilərinin sədaları altında keçirilən mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatıb. Mərasim sonrası tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar.
 
Qeyd edək ki, bu günlər Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə dinimizin kamil olduğu və İlahi nemətin tamamlandığı gün olan "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər təşkil olunur. Sabah Marneulinin Qızılhacılı və Qardabaninin Təhlə kəndlərində təşkil olunması nəzərdə tutulub. Allah belə tədbirlərin təşkil olunmasında zəhmət çəkən hər kəsdən qəbul etsin.
Read 50 times Last modified on Last modified on Avqust 21 2019

მეჩეთები

ლოცვის დრო [2016]