QARDABANİDƏ DƏ QƏDİR-XUM BAYRAMI İLƏ BAĞLI MƏRASİM TƏŞKİL OLUNUB
Written by
ადმინისტრატორი
Avqust 21 2019
Qardabaninin Təhlə kəndinin məscidinin həyətində təşkil olunan mərasimdə rayon və ətraf kəndlərdən müsəlmanlar iştirak edib.
Tədbir Hacı Yusif Əliyevin Quran tilavəti ilə başlanıb. Sonra söz mərasimdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və Azərbaycanın dəyərli ruhanilərindən ölkəmizdə qonaq olan Hacı Ramil Bədəlova verilib. Çıxış edən ilahiyyatçılar "Qədir-xum" hadisəsinin mahiyyət, fəlsəfə, nəticə və önəmindən danışıblar. Dinimizin kamil olduğu hadisə ilə bağlı Quran ayələrini izah edib, hadisənin sırf bir tarixi hadisə olmadığını, bəlkə İslamın və bəşəriyyətin talehini həll edəcək önəmli missiya olduğunu vurğulayıblar.
Sonra Azərbaycanlı Əhlibeyt məddahı Vasif Vəsfinur, yerli məddahlar Səid Həsən və Anar Cəfəri şeir və ilahi nəğmələr oxumaqla mərasimə şən və ruhiyyə bəxş ediblər.
Mərasim ənənəvi olaraq İmam Zaman (ə) duası oxunmaqla sona çatıb. Sonda mərasim iştirakçıları bayram süfrəsinə dəvət olunublar.
View the embedded image gallery online at:
http://bgmi.ge/index.php/news/item/604-zhardabanidae-dae-zhaedir-khum-bayrami-ilae-bazhhli-maerasim-taeshkil-olunub#sigProIda7be10c35e
http://bgmi.ge/index.php/news/item/604-zhardabanidae-dae-zhaedir-khum-bayrami-ilae-bazhhli-maerasim-taeshkil-olunub#sigProIda7be10c35e