Monday, September 16, 2019

MARNEULİDƏ VİLAYƏT BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  Avqust 21 2019
Rate this item
(0 votes)
 
 
Ötən gün Marneulinin Qızılhacılı kəndində "Qədir-xum" bayramı münasibəti ilə növbəti mərasim keçirilib. Gürcüstan Müsəlmanları İdarəsi və “Əhli-beyt” Cəmiyyətinin birgə təşkil etdiyi mərasimə Marneuli və ətraf kəndlərdən inanclı müsəlmanlar dəvət olunub.
Bayram tədbiri Hacı Rahid Kərimovun Quran tilavəti ilə başlayıb, daha sonra Gürcüstan Müsəlmanları İdərəsinin şeyxi Ramin İgidov və ölkəmizdə qonaq olan Azərbaycanın tanınmış ruhanilərindən olan Hacı Ramil Bədəlov çıxış edib. Çıxış edən ruhanilər tədbir iştirakçılarını bu müqəddəs gün münasibəti ilə təbrik etdikdən sonra  "Qədir Xum" məktəbi və onun əhəmiyyət və fəzilətləri haqqında ətraflı məlumat veriblər. Allah tərəfindən təyin olunan “Risalət” və “İmamət” məqamlarının fərq və missiyaları haqqında danışıblar.
Mərasim boyunca Azərbaycandan dəvət olunmuş Əhlibeyt məddahı Vasif Vəsfinur və yerli məddah Səid Həsən şeir və ilahi nəğmələr oxuyublar. 
Azər Məmmədovun aparıcılığı ilə keçirilən mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatıb.
Read 51 times Last modified on Last modified on Avqust 22 2019

მეჩეთები

ლოცვის დრო [2016]