Monday, September 16, 2019

AZYAŞLI UŞAQLAR ARASINDA QURAN MÜSABİQƏSİ KEÇİRİLİB

Written by  Avqust 29 2019
Rate this item
(0 votes)

Artıq neçə ildir ki, Tbilisi şəhərində Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qız uşaqları arasında Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu və hifzi üzrə yarışlar təşkil olunur.


Keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən onlarla oğlan və qız uşaqları hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayırlar.
Bu il üçün təşkil olunan yarışa bu gün Tbilsidə yerləşən “Əhli-beyt” məscidində start verildi. Yarışda 60-dan çox azyaşlılar Quran-Kərimin qiraəti və müəyyən surələrin hifzi üzrə özlərini sınayıblar.
Yaxında yarışlarda uğurla çıxış edib fərqlənən şagirdlər (qaliblər) Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən pul mükafatları ilə qiymətləndiriləcəklər.
Yarışın təşkilinə zəhəməti keçənlərə, hakimlərə və xüsusi ilə də şagirdlərin ustadlarına təşəkkür edir, Allahdan əcr və mükafat diləyirik.

Read 42 times

მეჩეთები

ლოცვის დრო [2016]