Tuesday, November 12, 2019

MƏHƏRRƏMLİYIN BAŞLANMASI İLƏ ƏLAQƏDAR DİN XADİMLƏRİ İLƏ TOPLANTI KEÇİRİLİB

Written by  Avqust 31 2019
Rate this item
(0 votes)
Bu gün Məhərrəm ayının gəlişi ilə bağlı Tbilisidə bölgələri təmsil edən axundlar və din müəllimləri ilə toplantı keçirilib.
Quran tilavəti ilə başlayan toplantıda öncə Məhərrəm ayının başlanması münasibətilə baş sağlığı verilib. Sonra çıxış edən BGMİnin şeyxi Hacı Ramin İgidov din xadimlərinə İmam Hüseyn (ə) üçün keçirilən təziyə məclislərin haqda müəyyən tövsiyə və fikirlərini çatdırıb. Sonra din xadimlərinə Məhərrəmlik üçün nəzərdə tutulan proqramlar haqda məlumat verilib, ruhnilərin təklif və fikirləri dinlənilib. Din xadimlərinə müəyyən təbliğat materialları, Məhərrəmlik üçün çap olunan xüsusi nəşrlər və kətibələr təqdim olunub.
 
Gürcüstan Müsəlmanları İdarəsi İmam Hüseyn (ə) hərəkatı, Kərbəla qiyamının məqsədi və həqiqətlərini insanlara xurafatdan kənar şəkildə çatdıran və belə mərasimlərin təşkilində hər növ əməyi keçən hər kəsə təşəkkür edir, Mehriban Allahdan əcr və savab diləyirik. Allah təziyənizi qəbul etsin!
Read 85 times Last modified on Last modified on Avqust 31 2019

მეჩეთები

ლოცვის დრო [2016]