Tuesday, November 12, 2019

QARDABANİDƏ "HƏZRƏT İMAM ƏLİ (Ə)" MƏSCİDİNDƏ "ƏRBƏİN" MƏRASİMİ KEÇİRİLİB

Written by  Oktyabr 19 2019
Rate this item
(0 votes)
Səfər ayının iyirmisi Hz. İmam Hüseynin və vəfalı yaxınlarının, bir sözlə Kərbəla qəhrəmanlarının şəhid edilməsinin 40-cı - "Ərbəin" günüdür.
 
Bu münasibətlə dünyanın bir çox ölkələrində olduğu kimi Gürcüstanda yaşayan müsəlmanlar da bu mərasimi böyük ehtiramla yad edirlər. 
 
Bu Gün Qardabaninin Qaratəhlə kəndində yerləşən “İmam Əli (ə)” adına yeni istifadəyə verilən məsciddə Qardabani rayon və ətraf kəndlərdən gələn müsəlmanların iştirakı ilə mərasim təşkil olunub.
 
Məscidin axundu Hacı Natiq Məmmədovun aparıcılığı ilə açıq elan olunan mərasimdə öncə Məşədi Vidadi Qurbanov Qurandan ayələr tilavət edib. Sonra çıxış üçün söz Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verilib. 
Ölkəmizdə qonaq olan Ayətullah Seyyid Əli Xameneinin nümayəndəsi, tanınmış din alimi Seyid Əliəkbər Ocaq Necat ağa tədbirin əsas xətibi olub. 
 
Tədbirin sonunda Əhlibeyt məddahı Fərşad Xəndani rözə və mərsiyələrlə davam etdirib.
Axşam namazına qədər davam edən mərasimdə çıxış edənlər Kərbəla vaqiəsinin mahiyyət, məna və fəlsəfəsindən, Aşura məktəbindən alınan dərslər haqqında geniş danışıblar. 
Dua ilə bitən mərasim sonrasında mrasim iştirakçılarına ehsan süfrəsi açılıb.
Read 114 times

მეჩეთები

ლოცვის დრო [2016]