Tuesday, November 12, 2019

MARNEULİDƏ HZ. İMAM HÜSEYN (Ə) MƏSCİDİNDƏ İMAM HÜSEYNİN 40 MƏRASİMİ KEÇİRİLİB

Written by  Oktyabr 20 2019
Rate this item
(0 votes)
Bu günlərdə dünyanın hər bir yerində olduğu kimi, Gürcüstanda da Ərbəin – imam Hüseynin (ə) qırx mərasimi keçirilir.
Bu axşam növbəti tədbir Marneulidə yerləşən İmam Hüseyn (ə) məscidində təşkil olunub.
Tədbir müqəddəs Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra məscidin və Marneulinin baş axundu Hacı Əziz Nəbiyev tədbir iştirakçılarını və qonaqları salamlayaraq Ərbəinin tarixçəsi və mənası haqda  məlumat verib. Sonra sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib. O çıxışı zamanı “İmam Hüseynin (ə) Aşura günü söylədiyi tarixi cümlə “Yoxmu bizə yardım edən bir kəs!” haqda danışıb. Müsəlmanların bu gün elm, əməl və maddi dəstək verməklə İmam Hüseynin (ə) köməyinə çatmaq, onu müdafiə edib yaşatmaq imkanı olduğunu bildirib”.
Daha sonra tədbirin əsas xətibi olaraq tanınmış din alimi Höccətulislam Seyid Əliəkbər Ocaq Necat ağa moizə etmək üçün minbərə dəvət olunub. Bir çox kitabların müəllifi olan bu mütəfəkkir şəxsiyyət əsl “Ərəbin” ziyarətinin fəzilət və xüsusiyyətləri haqda danışıb. Həqiqi zəvvarın keyfiyyəti barədə geniş məlumat verib. 
Moizədən sonra dəyərli məddah Fərşad Xəndani nohə və mərsiyələr oxuyub. Tədbir camaat halında axşam namazı ilə sona çatıb.
Read 94 times Last modified on Last modified on Oktyabr 21 2019

მეჩეთები

ლოცვის დრო [2016]