Thursday, December 12, 2019

BATUMİDƏ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNİN SON BEŞ İLLİK HESABATI TƏQDİM OLUNUB

Written by  Noyabr 10 2019
Rate this item
(0 votes)

Ötən il Tbilsidə olduğu kimi dünən Acarıstan Muxtar Vilayətin paytaxtı Batumidə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) son beş ilin hesabatı ilə bağlı tədbir keçirilib.


Tədbirdə din elm və ictimaiyyət xadimləri iştirak edib.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirdə BGMİnin Qərbi Gürcüstan üzrə müftisi Hacı Beqlar Kamaşidze, həmin İdarənin şeyxi Hacı Ramin İgidov və İdarənin digər məsulları məsuliyyətdə olduqları son illər ərzində İdarənin gördüyü işlər və layihə və proqramlar haqqında ətraflı məlumat veribər. Gürcüstan dövlətinə göstərdikləri diqqət, qayğı və dəstəkdən dolayı və eləcədə İdarənin qərbi Gürcüstanda fəaliyyət göstərən əməkdaşlarına göstərdikləri xidmətə görə təşəkkür ediblər.
Çıxış edənlər Gürcüstanda Dövlət və Din, eləcə də dini idarə ilə ictimaiyyətin və digər dövlətlərin münasibətlərinə də aydınlıq gətiriblər.
Yeni məscidlərin tikilişi və təmiri, sağlam İslam dininin təbliği və tədrisi yönündə aparılan işlər, müxtəlif elmi tədbir və proqramlarla dinimizn maarifi, kitab, jurnal və qəzetlərin nəşri və xeyriyyə işləri haqqında projektorla ardıcıl statistik məlumatlar təqdim ediblər.
Sonra Müftinin qərbi Gürcüstanın bölgələrindəki nümayəndələri çıxış ediblər. Onlar Dini İdarənin fəaliyyətindən məmnunluq ifadə edərək, xoş arzularını çatdırıblar.
Sonda iştirakçılara İdarənin 5 illik fəaliyyətini əks etdirən “Gürcüstan Müsəlmanları” adlı jurnal təqdim olunub.

Read 78 times

მეჩეთები

ლოცვის დრო [2016]