Thursday, December 12, 2019

AĞBULAQDA MÖVLUD BAYRAMI VƏ VƏHDƏT HƏFTƏSİ MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB

Written by  Noyabr 10 2019
Rate this item
(0 votes)

Bu gün Ağbulaq rayonunun Kosalar kəndində Hz. Məhəmməd Peyğəmbərin (s) mövludu, İmam Cəfər Sadiqin (ə) təvəllüdü günü və Vəhdət həftəsi münasibəti ilə bayram tədbiri keçirilib.


Tədbirdə din, ictimaiyyət xadimləri və yerli və ətraf kənd sakinləri iştirak edib. Qurani-Kərimin tilavəti ilə başlayan mərasimdə Hz. Peyğəmbər haqqında çıxışlar edilib, şeir və ilahilər söylənilib.

Ağbulaq rayonunu baş axundu Hacı Elşad Musayevin aparıcılığı ilə keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, İdarənin Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi və Şeyxin müavini Hacı Qurban Murquzov və BGMİnin şərqi Gürcüstan üzrə müftisinin nümayəndəsi Hacı Etibar Eminov və başqaları çıxış ediblər.

Çıxış edənlər Allahın Rəsulu, Peyğəmbərlərin xatəmi Hz. Məhəmmədin (s) üstün fəzilət və məqamından, həyat tərzindən, onun insanlığa verdiyi örnəklərdən və sifarişlərdən söhbət açdılar. O məsum şəxsiyyətin ümməti hesab olunan müsəlmanların üzərində düşən vəzifələrdən, iman gətirmənin şərt və əsasları haqqında geniş məlumat veriblər.

Bayram süfrəsi ətrafında davam edən mərasimdə Əhlibeyt məddahı Səid Həsən şeir və ilahilər səsləndirib.
Sonda iştirakçılarına poster və jurnallar hədiyyə olunub. Tədbir dua oxunmaqla sona çatıb.

Qeyd edək ki, İslam dünyasında "Vəhdət həftəsi" kimi tanınan bu mövlud günləri münasibəti ilə ölkəmizin bir çox şəhər və kəndlərində (o cümlədən: Marneuli, Qardabani, Kaspi və Saqarecoda) bayram mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

Read 87 times

მეჩეთები

ლოცვის დრო [2016]