Thursday, December 12, 2019

GÜRCÜSTANIN BİR ÇOX BÖLGƏLƏRİNDƏ MÖVLUD MƏRASİMLƏRİ KEÇİRİLİR

Written by  Noyabr 13 2019
Rate this item
(0 votes)

Bu ayın 9-dan başlayaraq 15-dək “Vəhdət həftəsi” günlərində dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizin bir neçə bölgələrində Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) təvəllüdləri münasibəti ilə bayram tədbirləri keçirilir.

Yerli müsəlmanların iştirakı ilə keçirilən tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi, din xadimləri, yerli idarəetmə orqanlarının rəhbərləri, elm və ictimaiyyət xadimləri iştirak edirlər.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirlərdə Aləmlərə rəhmət olan Peyğəmbərimizin (ə) həyatından, ibrətli kəlamlarından, insanlığa örnək davranış tərzi və əxlaqi xüsusisiyyətlərindən danışılır. Şeir və ilahilərlə bayram süfrəsi ətrafında keçirilən tədbirlər dua oxumaqla yekunlaşır. Bu günə qədər Mövlud bayramı münasibəti ilə növbəti tədbirlər Marneulidə, Ağbulaqın Kosalar kəndində, Saqareconun Əyrəm, Laqodexinin Qabal kəndlərində təşkil olunubdur. Proqramın Rəbiyul əvvəl ayının 17-ə qədər bir neçə yerlərdə keçirilməsi nəzərdə tututlub.

Read 86 times Last modified on Last modified on Noyabr 15 2019

მეჩეთები

ლოცვის დრო [2016]