Thursday, December 12, 2019

TOLERANTLIQ GÜNÜ MÜNASİBƏTİ İLƏ DİNİ İCMALAR GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNİN QONAĞI OLDULAR

Written by  Noyabr 16 2019
Rate this item
(0 votes)

Bu gün, “Beynəlxalq Tolerantlıq Günü” münasibəti ilə Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin(BGMİ) təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə dini icma təmsilçiləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri, Diplomatik korpus nümayəndələri iştirak edib.
BGMİnin mərkəzi ofisində keçirilən dini icmaların rəhbər və nümayəndələri Tolerantlıq günü münasibəti ilə bir-birilərini təbrik edib, dünyada tolerantlığın və dini dözümlülüyün önəmindən, dinlərarası dialoq və xoşmünasibətərin əhəmiyyətindən danışıblar.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri çıxışları zamanı dünyada mövcud olan qarşıdurma və problem amillərindən birinin də məhz tolerantlığın olmamasından, dözümlülük ruhunun əksik olmasından irəli gəldiyini bildirib, keçmişdən ölkədə dinlərin bir-birilərinin dini inanclarına sayqı və tolerant çərçivəsində davrandıqlarını vurğulayıblar. Bu ənənənin qorunub saxlanması sahəsində din xadimlərinin üzərlərinə böyük yük düşdüyünü qeyd edərək, Gürcüstanın sülh, əminamanlıq, bolluq, firavanlıq və suverenliyi üçün xoşarzularını çatdırıblar.
Sonda Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən ölkə tolerantlğının yaşamasında və tolerant münasibətlərin inkişafında göstərdikləri dəstəyə görə digər dini icmalara Təşəkkürnamələr təqdim olunub.

Read 70 times

მეჩეთები

ლოცვის დრო [2016]