Thursday, December 12, 2019

BRUSSELDƏ SƏFƏRDƏ OLAN GÜRCÜSTANIN DİNİ İCMA RƏHBƏR VƏ TƏMSİLÇİLƏRİ NATO VƏ AVROPA PARLAMENTİNİN RƏSMİLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİBLƏR

Written by  Noyabr 18 2019
Rate this item
(0 votes)

Gürcüstanın dini konfessiya rəhbər və nümayəndələri Belçikanın paytaxtı Brussel şəhərində səfərdədirlər.


"Rondeli" Strateji Tərəfdaşlıq və Beynəlxalq Əlaqələr Araşdırma Fondunun təşkil etdiyi səfər çərçivəsində dini icma təmsilçiləri Avropa Parlamentində, Avropa parlamenti nəzdində fəaliyyət göstərən Avropa Xalq Partiyasının ofisində və NATO Aliyansının iqamətgahında olublar.

Görüşlər çərçivəsində Avropa Birliyinin rəsmiləri, Parlamentin üzvləri və bir sıra mühüm siyasi məqam sahibləri ilə Gürcüstanın marağında olan və narahat edən bir çox mövzularda (o cümlədən siyasi, ictimai və dini sahədə) fikir mübadiləsi aparıblar.

Görüşlərdə iştirak edən Bütün Gürcüstan Müsəlmanları idarəsinin şeyx və müftiləri ölkədə İslam dininin vəziyyəti, mövcud və yarana biləcək problemlər haqqında fikir bildirmişlər. Ölkədə fərqli millət və məzhəblərin tarix boyu bir arada mehriban şəkildə vəhdət təşkil etdiklərini qeyd etmiş, bu tarixi ənənəni pozmaq, İslam icmasını məzhəb adına iki fərqli konfessiyalara bölmək fikirinə qarşı olduqlarını söyləmişlər.

Avropa Parlamentində çıxışı zamanı BGMİnin şeyxi Hacı Ramin İgidov Gürcüstanda məscidlərin tikilməsi yönündə mövcud olan problemlər haqda müsəlman vətəndaşların narahatçılqlarını da dilə gətirib. O qeyd edib ki, dini ibadət məkanlarının tikilişinə rəsmi icazə verilməmə halı vətəndaşların ibadətetmə haqlarnı əlindən alır. Onu da əlavə edib ki, tiklişə rəsmi icazə verilməməsi halından istifadə edib bəzən maddi qaynağı bəlli olmayan radikal qrupların tikili mülklər alıb dini məkanlara çevirmələrinə şərait yaradılmış olur.

Sabah dini icma rəhbərləri Avropa Parlamentnin iclas zalında "Problemlərin həllində dinin rolu" mövzusunda keçirələcək seminarda və bir çox görüşlərdə iştirak edəcəklər.

Read 93 times Last modified on Last modified on Noyabr 18 2019

მეჩეთები

ლოცვის დრო [2016]