Thursday, December 12, 2019

AVROPA PARLAMENTİNDƏ DİNLƏRARASI SEMİNAR KEÇİRİLİB

Written by  Noyabr 19 2019
Rate this item
(0 votes)

Bu gün Avropa Parlamentinin toplantı salonlarından birində Dinlərarası Dialoq məqsədi ilə seminar keçirilib.


Mövzusu "Münaqişələrin həlli yönündə dinlərin rolu" olan seminarda Avropa Parlamentinin bir neçə (dini sahədə məsuliyyətləri də olan) üzvləri və dini icma rəhbərləri Gürcü provaslav kilsəsi, Katolik kilsəsi, Erməni Apostol kilsəsi nümayəndələri və Yəhudi icması sədri çıxış ediblər.
İslam dini tərəfindən isə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov hazırladığı məqalənin əsasında danışıb.
Seminar çıxışlardan sonra sual-cavab və diskusiya şəkilində davam edib.

Günün ikinci yarısında Avropa Komissiyasının Mərkəzi ofisində görüş olub. Ölkənin marağında olan müəyyən məsələlər haqda müzakirələr aparılıb.

Read 37 times Last modified on Last modified on Noyabr 19 2019

მეჩეთები

ლოცვის დრო [2016]