Thursday, August 6, 2020

GÜRCÜSTAN PREZİDENTİ ÖLKƏ MÜSƏLMANLARINI TƏBRİK ETDİ

Written by  Avqust 01 2020
Rate this item
(0 votes)

GÜRCÜSTAN PREZİDENTİ ÖLKƏ MÜSƏLMANLARINI TƏBRİK ETDİ

Ölkə prezidenti Salome Zurabişvili müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib. Dövlət başçısı Qurban bayramını sülh, ümid, dəstək, insanlara qayğı və xeyirin şər üzərində qələbə bayramı adlandırıb. Onun sözlərinə görə, pandemiya dövründə qarşılıqlı qayğı olduqca vacibdir: “Qurban bayramının ruhu gündəlik həyatımızın ayrılmaz hissəsi olmalıdır. Bu il böyük bayramı geniş qeyd edə bilməsək də, müsəlman vətəndaşlarımızı Qurban bayramı münasibətilə təbrik etmək istəyirəm. Onlara sülh, birlik və ən əsası cansağlığı arzulayıram”, - deyə prezident təbrikində bildirib.

Read 23 times Last modified on Last modified on Avqust 03 2020
More in this category: « BAYRAM TƏBRİKİ