TBİLİSİDƏ MƏHƏRRƏMLİK MƏRASİMLƏRİ KEÇİRİLİB
TBİLİSİDƏ MƏHƏRRƏMLİK MƏRASİMLƏRİ KEÇİRİLİB
Hər il Gürcüstanın bir çox şəhər və kəndlərində olduğu kimi paytaxt Tbilisidə yerləşən
Cümə məscidində (və şəhərin digər səkkiz yerində) 10 günlük Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə izdihamlı şəkildə keçirildi. Məhərrəm ayının əvvəlindən etibarən axşam namazından sonra təşkil olunan mərasimlərdə Quran və dualar oxundu, söhbətlər edildi, mərsiyələr oxundu ehsanlar verildi.
Gürcüstan Müsəlmanları İdarəsi İmam Hüseynin (ə) Kərbəla qiyamını xatırladan və dinimizi öyrənməyə şərait yaradan belə məclislərinin təşkilində hər növ zəhmət çəkənlərə Allahdan əcr diləyir, dua və Ehsanların ali dərəcədə qəbul olunmasını istəyir. Allah bütün Hüseynsevərlərə və Onun yolunu gedənlərə Həzrətin bu dünyada ziyarətini və axirətdə isə şəfaətini nəsib etsin. Amin!.
Image Gallery
http://bgmi.ge/index.php/news/item/700-tbilisidae-maehaerraemlik-maerasimlaeri-kedzhirilib#sigProIdc4f08a7849