Tuesday, September 22, 2020

BİR DAHA "SÖZ AZADLIĞI" BƏHANƏSİ İLƏ İSLAMAFOB ADDIM

Written by  Sentyabr 14 2020
Rate this item
(0 votes)
BİR DAHA "SÖZ AZADLIĞI" BƏHANƏSİ İLƏ İSLAMAFOB ADDIM
Son zamanlar Fransada dərc edilən “Charlie Hebdo” adlı bir dərgidə əziz Peyğəmbərimizə (s) qarşı yenidən təhqiredici karikaturalar yayımlanmağa başladı. İslam Peyğəmbərinə (s) qarşı olunan bu hörmətsizlik İslam dünyası və müsəlmanlar tərəfindən hiddətinə səbəb olaraq, şiddətlə qınanılmışdır.
Təəssüflə bu növbəti təxribatçı addımı atmağı qərara alan bir Avropa ölkəsinin dərgisinin “söz azadlığı” bəhanəsi ilə qarşısı alınmır. Onlar hələ də anlamırlar və ya anlamaq istəmirlər ki, milyard yarımdan çox davamçısı olan bir dinin şərəfli müqəddəs şəxsiyyətini təhqir etmək, insanların hisslərini rəncidə etmək tərbiyəsizlik və şərəfsizlikdən başqa bir şey deyildir. Belə addımlar eyni zamanda insanlar arasında barışa və xoş münasibətlərə vurulan kobud məsuliyyətsiz zərbədir.
Biz müsəlmanlıqdan öncə bir insan olaraq aləmlərə rəhmət olan Hz. Məhəmmədə (s) olan sayqısızlığı bütün ilahi peyğəmbərlərə qarşı hörmətsizlik kimi qəbul edir, tərbiyəsizliyə son!.. deyirik. Düşünürük ki, qlobal dünyada sülh və sabitliyə daha çox ehtiyac olduğu halda Avropa ölkələri seyirci qalmamalıdırlar. İnsalnlıq naminə belə islamafob addımın çirkinliyini dərk etməli, təkrarlanmaması üçün lazımi tədbirlər görməlidirlər.
Read 52 times