Saturday, October 24, 2020

BU GÜNLƏR ƏZİZ PEYĞƏMBƏRİMİZİN (S) VƏFATl, İMAM HƏSƏNİN (Ə) VƏ İMAM RZANIN ŞƏHADƏTİ TƏSADÜF EDİR.

Written by  Oktyabr 16 2020
Rate this item
(0 votes)
BU GÜNLƏR ƏZİZ PEYĞƏMBƏRİMİZİN (S) VƏFATl, İMAM HƏSƏNİN (Ə) VƏ İMAM RZANIN ŞƏHADƏTİ İLDÖNÜMLƏRİNƏ TƏSADÜF EDİR.
Bü hüznlü günlər münasibəti ilə bütün dünya müsəlmanlarına başsağlığı veririk.
16 OKTYABR 2020
Hz. Məhəmməd Peyğəmbər (s) ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi. Peyğəmbərin məqsədi bu idi ki, onun ölümü ümməti qəfil haqlamasın. Vida həcci zamanı, Qədir-Xum vadisində 100 min müsəlmanın qarşısında Peyğəmbər (s) tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətini xatırlatdı: "Sizə iki ağır əmanəti miras qoyuram: Quran və Əhli-beyt". Məhəmməd Peyğəmbər (s) hicrətin 11-ci ili səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişib.
16 OKTYABR 2020
İmam Həsənin (ə) şəhadət günüdür.
Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsən (ə) hicrətin 3-cü ilində mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin 50-ci ilində Müaviyənin təhriki ilə həyat yoldaşı Cüdə tərəfindən zəhərlənərək şəhadətə yetişib. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.
17 OKTYABR 2020
İmam Rzanın (ə) şəhadət günüdür. Hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının 30-da müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən Xorasanda zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.
Imam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində imam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Əli, ləqəbini isə Rza qoyublar. Imamın anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası Harunun zindanında şəhid olduqdan sonra, imam Rza (ə) müsəlmanlara imamlıq edib.
Bü hüznlü günlər münasibəti ilə bütün dünya müsəlmanlarına başsağlığı veririk.
Read 25 times Last modified on Last modified on Oktyabr 18 2020