Saturday, October 24, 2020

AZƏRBAYCANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNİN QONAĞI OLUB

Written by  Oktyabr 16 2020
Rate this item
(0 votes)
AZƏRBAYCANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİNİN QONAĞI OLUB
Bu gün, Azərbaycan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev cənabları və səfirin birinci katibi Anar Rəsulov Gürcüstan Müsəlmanları İdarəsinin qonağı oldular.
İdarənin rəsmi ofisində keçirilən görüşdə Şeyx Hacı Ramin İgidov və müfti vəzifəsinin icraçısı Hacı Ayvaz Mərdanov və idarənin Ali Dini Şurasının üzvü Hacı Faiq Nəbiyev və əmkdaşı Oktay İsayev iştirak edib.
Öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov cənab səfir və əməkdaşını salamlayaraq, Azərbaycan üçün dua və xoş arzularını, şəhid olan əsgər və mülki şəxslərə üçün, rəhmət, ailələrinə isə səbr diləklərini çatdırıb. Sonra Gürüstanda dini vəziyyət, dövlət din və dinlər arası münasibətlər, müsəlmanların dini vəziyyəti haqda ətraflı məlumat verib. İdarənin bir çox xarici ölkələrdəki dini təşkilat və mötəbər qurumlarla əməkdaşlıq etdiyini vurğulayıb. Dövlətin digər dinlərlə yanaşı sağlam İslam dininin yaşaması yönündə göstərdiyi diqqət, dəstək və qayğıdan danışıb. Təmsil etdikləri dini qurumun məqsəd və gördüyü işlər və gələcək fəaliyyəti haqqında geniş məlumat verib.
Hacı Eyvaz Mərdanov və Hacı Faiq Nəbiyev Gürcüstan ictimaiyətinin Azərbaycanda gedən prosesləri davamlı izlədiklərini, ürəklərinin ordakı soydaşlarmızla birgə döyündüyün dilə gətiriblər. Onlar iki qonşu, qardaş, strateji müttəfiq ölkənin hər sahələrdə olduğu kimi dini sahədə də əməkdaşlığının olmasının vacibliyini vurğulayıblar.
Azərbaycanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyev öncə səmimi və qonaqpərvər qarşılamaya görə təşəkkür edib. O, Azərbaycan üçün verilən dəstəklərdən dolayı Gürcüstanın din rəhbərliyinə və ictimaiyyətə minnətdarlığını bildirib. Görüşdən məmnunluğunu ifadə edən səfir verilən məlumat üçün təşəkkür edərək Gürcüstandakı dini vəziyyətlə maraqlandığını, İdarə ilə dini sahədə əməkdaşlığa hazır olduğunu söyləyib.
Görüşdən razılıqlarını bildirən şeyx ölkəmizə yeni təyin olan səfirə təbriklərini çatdırıb, məsuliyyətli vəzifəsində uğurlar diləyibdir. Görüşün sonunda xatirə fotoları çəkilib.
Read 49 times Last modified on Last modified on Oktyabr 18 2020