Wednesday, January 26, 2022

ÖLKƏMİZİN MÜDAFİƏ NAZİRLİYİ MÜSƏLMAN HƏRBİÇİLƏR ÜÇÜN QURANİ-KƏRİMİN TƏRCÜMƏSİNİ ÇAP ETDİRİB

Written by  октября 29 2020
Rate this item
(0 votes)
ÖLKƏMİZİN MÜDAFİƏ NAZİRLİYİ MÜSƏLMAN HƏRBİÇİLƏR ÜÇÜN QURANİ-KƏRİMİN TƏRCÜMƏSİNİ ÇAP ETDİRİB
Gürcüstanın Müdafiə Nazirliyi cib kitabı formatında Qurani-Kərimin gürcücə tərcüməsini çap etdirib.
Çap olunmuş müqəddəs kitabın tərcüməsi ölkənin Müdafiə Qüvvələrində xidmət edən müsəlman hərbçilər üçün nəzərdə tutulub.
Gürcüstan Müsəlmanları idarəsi ilə əməkdaşlıq çərçivəsində çap olunan bu kitabın ərəb dilindən gürcü dilinə tərcüməsi İdarənin əməkdaşı, illahiyatçı Rezo Mikeladzeyə məxsusdur.
Gürcüstan Müsəlmanları İdarəsi bu təşəbbüsə və müsəlman hərbçilərin dini hüquqlarının qorunması sahəsindəki işlərinə görə nazirliyə təşəkkür edib.
Onu da qeyd edək ki, 5 il bundan öncə Müdafiə Nazirliyinin təşəbbüsü ilə müsəlman əsgərlərin xidmət etdikləri hərbi hissələrdə gündəlik namazlar və həmçinin Cümə və Bayram namazlarının qılınması üçün xüsusi ibadət yerləri yaradılıb.
Read 586 times Last modified on Last modified on марта 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ