Thursday, November 26, 2020

MÜXTƏLİF DİNİ İCMA RƏHBƏRLƏRİ BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ MÜNASİBƏTİ İLƏ BİR ARAYA GƏLDİLƏR

Written by  Noyabr 16 2020
Rate this item
(0 votes)

MÜXTƏLİF DİNİ İCMA RƏHBƏRLƏRİ BEYNƏLXALQ TOLERANTLIQ GÜNÜ MÜNASİBƏTİ İLƏ BİR ARAYA GƏLDİLƏR

Bu gün, “Beynəlxalq Tolerantlıq Günü” münasibəti ilə dini icma rəhbərləri, media nümayəndələri və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Gürcüstan Baptist Kilsələr Birliyinin qonağı oldular.

Tədbirdə çıxış edənlər Tolerantlıq günü münasibəti ilə bir-birilərini təbrik edib, dünyada tolerantlığın və dini dözümlülüyün önəmindən, dinlərarası dialoq və xoşmünasibətərin əhəmiyyətindən danışıblar.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi çıxışları zamanı Müasir dünyada barışın və xoş ortamın formalaşması üçün tolerantlığın daha da zəruri olmasını dilə gətiriblər. Fransa kimi bəzi qərb ölkələrindən söz azadlığı adı altında Peyğımbərimizə hörmətsizlik edildiyini, İslamafobiya siyasəti ilə dünyada olan tolerantlığı sarsıtmağa çalışıldığını bildiriblər. Onu da əlavə etdilər ki, Əgər dünyada formal deyil real və səmimi tolerantlıq istəyiriksə belə halların qarşısı alınmalıdır. Çünki tolerantlıq dini dözümlülük, sayqı və qarşılıqlı hörmət tələb edir.

Qeyd edək ki, artıq 5 ildir ki, Tolerantlıq günündə dini icmalardan biri ev sahibliyi edərək digər dini konfessiya nümayəndələrini dəvət edirlər. Ötən il bir öncəki tədbir Gürcüstan Müsəlmanları İdarəsinin mərkəzi ofisində olmuşdu.

Read 39 times Last modified on Last modified on Noyabr 23 2020