Thursday, November 26, 2020

ÜMUMDÜNYA ƏHLİBEYTSEVƏRLƏR ZİRVƏSİ QARABAĞ HAQDA ONLAYN KONFRANS TƏŞKİL EDİB

Written by  Noyabr 17 2020
Rate this item
(0 votes)
ÜMUMDÜNYA ƏHLİBEYTSEVƏRLƏR ZİRVƏSİ QARABAĞ HAQDA ONLAYN KONFRANS TƏŞKİL EDİB
Bu gün, Ümumdünya Əhlibeytsevərlər Zirvəsinin təşkilatçılığı ilə Qarabağ mövzusunda beynəlxalq konfrans təşkil olunub.
Tehranın Azad İslam Universitetində təşkil olunan konfransda İran İslam Respublikasından tanınmış alim və siyasi xadimlərlə yanaşı Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə və s. ölkələrdən 10 qonaq onlayn şəkildə qatılaraq çıxış ediblər.
İran İslam Respublikasının Ali Rəhbərliyin Beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin təşəbbüs və dəvəti ilə keçirilən konfransda Ali Dini Rəhbər Seyid Əli Xamneinin Qarabağla bağlı fikirləri, 27 il ərzində Azərbaycan xalqına qarşı təcavüz və haqsızlığın davam etməsi, Qafqazda sülhün formalaşması üçün müharibə yolu ilə işğala məruz qalan torpaqların azad olunması və s. mövzular haqda danışıldı. Azərbaycanın öz doğma torpağını qaytarması sahəsində apardığı haqlı mübarizəsi dəstəkləndi.
Read 38 times Last modified on Last modified on Noyabr 23 2020