BU GÜN HƏZRƏT ZEYNƏBİN (S.Ə) TƏVƏLLÜDÜ GÜNÜDÜR
Written by
ადმინისტრატორი
Yanvar 06 2021
BU GÜN HƏZRƏT ZEYNƏBİN (S.Ə) TƏVƏLLÜDÜ GÜNÜDÜR
Hicri-qəməri tarixi ilə bu gün Cəmadiul-əvvəl ayının 5-i, Məhəmməd peyğəmbərin (s) nəvəsi, İmam Əli (ə) və həzrət Fatimənin (s.ə) qızı həzrət Zeynəbin (s.ə) doğum günüdür.
Xanım Zeynəb hicri-qəməri tarixinin 5-cı ilində dünyaya gəlib. Tarixi faktlara əsasən, həzrəti Zeynəb dünyaya gələrkən babası Məhəmməd peyğəmbər (s) döyüşdə imiş və məhz buna görə həzrəti Əli onun adını qoymur və Peyğəmbəri gözləyir. Peyğəmbər döyüşdən qayıtdıqdan sonra Zeynəbi öpüb qucaqlayır, onu atasına bənzədir və onu “Zeynəb”, yəni "atasının bəzəyi və zinəti" adlandırır.
Həzrəti Zeynəb qardaşı imam Hüseynlə birlikdə Aşura faciəsində çiyin-çiyinə zalım Yezidə qarşı mübarizə aparıb. İmam Hüseynin şəhid edilməsindən sonra Kufəyə, ordan da Şama əsir aparılan xanım Zeynəb qardaşının qiyamının mahiyyətini, hədəfini və fəlsəfəsini lazımınca müsəlmanlara çatdırıb. Məhz buna görədir ki, həzrət Zeynəb (s.ə) imam Hüseyn (ə) inqilabının və Kərbəla hərəkatının tamamlayıcısı kimi yad edilir.
O xanımın məzarı Suryada Dəməşq şəhərində yerləşir.
Image Gallery
View the embedded image gallery online at:
http://bgmi.ge/index.php/news/item/732-bu-zhun-haezraet-zeynaebin-s-ae-taevaelludu-zhunudur#sigProId5339ded87b
http://bgmi.ge/index.php/news/item/732-bu-zhun-haezraet-zeynaebin-s-ae-taevaelludu-zhunudur#sigProId5339ded87b