Sunday, August 7, 2022

HZ. FATİMEYİ ZƏHRANIN (S.Ə) ŞƏHADƏTİ MÜNASİBƏTİ İLƏ VEBİNAR TƏŞKİL OLUNUB

Written by  января 18 2021
Rate this item
(0 votes)
HZ. FATİMEYİ ZƏHRANIN (S.Ə) ŞƏHADƏTİ MÜNASİBƏTİ İLƏ VEBİNAR TƏŞKİL OLUNUB
Gürcüstan Müsəlmanlar İdarəsinin nəzdində fəaliyyət göstərən Müsəlman Qadınlar
İcmasının təşkilatçılığı ilə Peyğəmbərimizin (s) əziz qızı Hz. Fatimeyi (s.ə) Zəhranın şəhadəti ildönümü münasibəti ilə tədbir keçirilib.
Onlayn şəkildə inanclı xanımların iştirakı ilə keçirilən tədbirdə Gürcüstan, Azərbaycan, İran və Türkiyədən xanım natiqlərin çıxışları olub.
50 nəfərdən çox xanımın itirak etdiyi tədbirdə Xanımlar-xanımı Hz. Zəhranın (s.ə) fəzilət və şəxsiyyətindən, əxlaq və tövsiyələrindən danışılıb.
Qeyd edək, Gürcüstan Müsəlman Qadınlar İcması ötən ay Həzrət Zeynəbin (s.ə) təvəllüdü münasibət ilə də vebinar təşkil etmişdi.
Qadınlar İcması gələn ay Hz. Fatimeyi Zəhranın (s.ə) təvəllüdü günündə də seminar keçirməyi planlaşdırır.
Read 588 times Last modified on Last modified on марта 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ