Wednesday, April 14, 2021

MARNEULİDƏ İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Written by  февраля 25 2021
Rate this item
(0 votes)

MARNEULİDƏ İMAM ƏLİNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM KEÇİRİLİB

Bu gün Marneulinin Ağaməmmədli kəndində yerləşən İmam Rza (ə) adına məscidinin tədbir zalında Allahın vəlisi
Peyğəmbərin (s) vəsisi, ilk iman gətirən və iman gətirənlərin əmiri, Hz.İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə mərasim qeyd olunub.
Mərasimdə elm, din və ictimaiyyət xadimləri və ətraf kəndlərdən dəvət olunan dindarlar və yerli müsəlmanlar iştirak edib.
Tədbirin aparıcısı məscidin axundu olan Hacı Çingiz Əliyev qonaqları təbrik edərək salamlayıb. Quran tilavətindən sonra çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib. O çıxışı zamanı təbrikdən sonra bu günlərə təsadüf edən əsrin faciəsi olan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı çatdırıb. Faciə və qurbanları haqqında danışıb və şəhidləri rəhmət və dua ilə anıbdır. Sonra Hz. Əlinin (ə) fəzilətləri və yüksək insani keyfiyyətlərinin müsəlmanlar üçün nümunə olması haqqında ətraflı məlumat verib. Əhlibeyt qarşısında müsəlmanların üzərinə düşən məsuliyyət barədə danışıb.
Sonra kürsüyə dəvət olunan Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov İmam Əlinin (ə) bir səhabə və saleh şəxsiyyət olaraq məqam və fəzilətləri haqqında danışıb. Müsəlmanların belə dahi şəxsiyyətləri örnək götürmənin önəmini bildirib.
Sonra isə çıxış üçün söz Türkiyənin Diyanət İşləri Başkanlığının ölkəmizdəki nümayəndəsi Hacı Ahmet Erdemə, Gürcüstanın dəyərli ruhanilərindən olan Kərbəlayi Elçin Daşdanova, Yazıçı, publisist Əli Abbas müəllimə verilib.
Gürcüstan Müsəlmanları İdarəsi və Əhlibeyt Cəmiyyətinin birgə təşkil etdiyi mərasim Əhlibeyt məddahı Said Həsən və yerli möminlərdən olan Turqut Məmmədovun ifasında ilahi nəğmələr, qəsidə və qəzəllər oxunmaqla sona çatıb.
Read 96 times Last modified on Last modified on марта 27 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ