Wednesday, April 14, 2021

BOLNİSİDƏ “MƏBƏS” BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  марта 12 2021
Rate this item
(0 votes)
BOLNİSİDƏ “MƏBƏS” BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB
Bolnisinin

Zolgüvəc kənd məscidinin tədbir zalında

Hz. Məhəmməd Peyğəmbərin (s)

“Məbəs” bayramı
(Peyğəmbərliyə yetişdiyi gün) münasibəti ilə bayram tədbiri keçirilib.
Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə yerli din, elm, ictimaiyyət xadimləri, Zolgüvəc və ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.
Mərasimin aparıcısı Bolnisinin baş axundu Hacı İfrət Əhmədov Quran tilavətindən sonra qonaqları salamlayıb çıxış üçün sözü Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidova verib.
Sonra kürsüyə Şərqi Gürcüstan müftisinin bölgə nümayəndəsi Bəxtiyar Tanrıverdiyev, Gürcüstanın dəyərli ruhanilərindən olan Hacı Mahir Məmmədov və başqaları dəvət edilib. Çıxış edən ruhanilər və qonaqlar Allahın rəsulu, Peyğəmbərlərin xatəmi Hz. Məhəmmədin (s) insani keyfiyyətlərindən, nümunəvi həyat tərzindən, gətirdiyi kaml dinin insanlığa verdiyi örnəklərdən və tapşırdığı əmanətlərdən söhbət açaraq, Onun ümməti hesab olunan müsəlmanların O Həzrəti düzgün öyrənib söz və davranışları ilə düzgün təmsil etmələrinin vacibliyindən danışıblar.
Bayram süfrəsi ətrafında keçirilən mərasimdə əhli-beyt məddahı Kərbəlayi Səid Həsən və Məşədi Famil Hüseynov şeir və ilahi eşqi tərənnüm edən ilahilər ifa edib.
Read 77 times Last modified on Last modified on марта 27 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ