QARAÇÖPDƏ HZ. İMAM HÜSEYNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB
Written by
ადმინისტრატორი
марта 18 2021
QARAÇÖPDƏ HZ. İMAM HÜSEYNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB
Bu gün Saqareconun Düzəyrəm kənd məscidində Həzrət İmam Hüseynin (ə)
mövlud günü münasibəti ilə bayram tədbiri keçirilib.
Tədbirdə din xadimləri və Qaraçöpün kəndlərindən dəvət olunan müsəlmanlar iştirak edib.
Tədbir məscidin axundu Məşədi Samir Əliyevin Qurandan bir neçə ayəni tilavət etməsi və təbriki ilə başlayıb.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şaban ayının əvvəl günlərinə təsadüf edən mövludlar və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb. İmam Hüseynin (ə) fəziləti, şəxsiyyəti və O Həzrətin həyatından alınan dərslər haqda geniş məlumat verib.
Sonra tədbirin aparıcısı Əli Ələkbərov sözü dəyərli yerli ruhanilər olan Əfqan Yolçuyev və Taleh Paşayevə verib. Çıxış edənlər tədbir iştirakçılarını əziz günlər münasibəti ilə təbrik edib Peyğəmbərimizin əmanəti olan Əhlibeytinin dəyər, fəzilət və insanlığa nümunə olmasından danışıblar.
Mərasimdə İmam Hüseynin (ə) həyatından bəhs edən video çarxlar təqdim olunub.
Nəhayət bayram süfrəsi ətrafında keçirilən tədbir dualar oxunmaqla sona çatıb.
Image Gallery
View the embedded image gallery online at:
http://bgmi.ge/index.php/news/item/747-zharadzopdae-hz-imam-huseynin-ae-taevaelludu-munasibaeti-ilae-taedbir-kedzirilib#sigProId067dd31d5a
http://bgmi.ge/index.php/news/item/747-zharadzopdae-hz-imam-huseynin-ae-taevaelludu-munasibaeti-ilae-taedbir-kedzirilib#sigProId067dd31d5a