GÜRCÜSTANIN BAŞ NAZİRİ AZƏRBAYCANLILARIN NOVRUZ BAYRAMINI TƏBRİK EDİB
Written by
ადმინისტრატორი
марта 21 2021
GÜRCÜSTANIN BAŞ NAZİRİ AZƏRBAYCANLILARIN NOVRUZ BAYRAMINI TƏBRİK EDİB
Bu gün, Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Novruz bayramını təbrik etmək məqsədi ilə Azərbaycanlı
millət vəkilləri din və ictimaiyyət xadimləri ilə görüşüb.
Görüş zamanı Gürcüstanın baş naziri qonaqları salamlayıb baharın gəlməsini simvolizə edən ənənəvi Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Novruz bayramının gözəl adət və ənənələrlə zəngin bir bayram olduğunu bildirib.
Səmimi ortamda keçirilən görüşdə iştirak edən parlament nümayəndələri və ictimaiyyət xadimləri ölkənin baş nazirinə diqqət və səmimi təbriklərinə görə təşəkkür ediblər.
Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri də öz növbələrində hökmət başçısına təbrik və xoşarzularına görə təşəkkür edib, dövlətin məhz İrakli Qaribaşvilinin ilk Baş nazirlik dönəmində müsəlman icmasına göstərdiyi diqqət və qayğıdan dolayı minnətdarlıq bildirib. Ölkədə dinlərarası və din dövlət münasibətlərini müsbət qiymətləndirərək, gələcəkdə bu münasibətlərin inkişafına ümidvar olduqlarını dilə gətiriblər.
Hökümət başçısı artıq iki ildir ki, pandemiyadan dolayı yaranan üzürlü səbəbdən Novruz bayramının ictimaiyyətlə bayram tədbiri çərçivəsində baş tutmadığına təəssüfləndiyini də qeyd edib.
Image Gallery
View the embedded image gallery online at:
http://bgmi.ge/index.php/news/item/749-zhurdzustanin-bas-naziri-azaerbaydzanlilarin-novruz-bayramini-taebrik-edib#sigProId9c1d06f906
http://bgmi.ge/index.php/news/item/749-zhurdzustanin-bas-naziri-azaerbaydzanlilarin-novruz-bayramini-taebrik-edib#sigProId9c1d06f906