Wednesday, April 14, 2021

MARNEULİDƏ HZ. İMAM MEHDİNİN (Ə) MÖVLUDU MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Written by  марта 29 2021
Rate this item
(0 votes)
MARNEULİDƏ HZ. İMAM MEHDİNİN (Ə) MÖVLUDU MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB
Bu gün Marneulinin Candar kəndi, İmam Sadiq (ə) adına məsciddə Allahın son höccəti
Həzrət İmam Zamanın (ə) təvəllüdü ilə bağlı bayram tədbiri keçirilib. Tədbirdə yerli din xadimləri və ətraf rayon və kəndlərdən dəvət olunan müsəlmanlar iştirak edib.
Kərbəlayi Ramil Qəhrəmanovun aparıcılığı ilə keçirilən tədbir Quran qiraətçisi Rza Cəfərinin Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlayıb.
Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Marneulini Baş axundu Hacı Əziz Nəbiyev, Məscidin idarə heyətinin üzvü Həkim Novruz Murtuzov və başqaları çıxış ediblər. Çıxış edənlər zamanın İmamı və bəşəriyyətin son xilaskarı Hz. İmam Mehdinin (ə.c) qeybdə olmasının mahiyyəti, faydaları və fəzilətləri, habelə, imamın həqiqi yolunu gözləyənlərin vəzifələri haqda danışıblar.
Bayram süfrəsi ətrafında keçirilən tədbir əhlibeyt məddahı Səid Həsənin oxuduğu şeir və ilahilərlə davam edib.
Nəhayət Gürcüstan Müsəlmanları İdarəsi, Əhlibeyt cəmiyyəti və məscid möminlərinin birgə təşkil etdiyi tədbir dua oxunmaqla sona çatıb.
Read 39 times Last modified on Last modified on марта 29 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ