""BƏŞƏRİYYƏTİN XİLASKARI”" MÖVZUSUNDA ONLAYN SEMİNAR TƏŞKİL OLUNUB
""BƏŞƏRİYYƏTİN XİLASKARI”" MÖVZUSUNDA ONLAYN SEMİNAR TƏŞKİL OLUNUB
Həzrət İmam Mehdi Sahib-Zamanın (ə.f) mübarək mövluduna həsr olunan vebinar (onlayn seminar) təşkil olunub.
“Bəşəriyyətin xilaskarı” başlığı altda keçirilən vebinarda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İran İslam Respublikasından Höccətül İslam Məhəmməd Baqir Saivər, Azərbaycandan tanınmış ruhani Hacı Əhliman Rüstəmov və Türkiyədən dəyərli din alimi Hasan Karabulut çıxış edib.
Onlayn şəkildə 100-ə yaxın izləyicinin qatıldığı vebinar Hacı Rahid Kərimovun Qurandan bir neçə ayə tilavət etməsi ilə başlayıb. Sonra çıxış edənlər zamananın imamı və Allahın son höccəti Hz. Mehdinin (ə) məqamı, misyası, zühurunun isbatı, qiyamının özəllikləri və qeybət dövründə müsəlmanların üzərinə düşən məsuliyyət və vəzifələr haqqında geniş danışılıb.
Image Gallery
http://bgmi.ge/index.php/news/item/754-baesaeriyyaetin-khilaskari-movzusunda-onlayn-seminar-taeskil-olunub#sigProIda79abb7651