QURBAN BAYRAMINIZ MÜBARƏK!
Qurban bayramı fədakarlıq, şəfqət, mərhəmət, yardımlaşma, birlik və səmimilik rəmzidir. Bu bayram üç səmavi dinin babası hesab olunan Hz. İbrahimdən insanlara ortaq miras olaraq qalmışdır. Buna görə də Allahın yaratdığı olan Adəm övladları məlum Qurban hadisəsindən ibrət almalı, həyatlarında yaşamalıdırlar.
Mehriban Allahımızdan ölkəmizə və dünyaya sülh və əminamanlıq, bolluq və firavanıq, dostluq və xöşbəxtlik arzulayıram. Qurban bayramı münasibəti ilə hər kəsi səmimi qəlbdən təbrik edir, kəsilən qurbanların, edilən dua və ibadətlərin Allah dərgahında qəbulunu, insanlara dünya və axirət səadətini arzulayıram! Qarşıdan gələn ŞƏFQƏT, MƏRHƏMƏT VƏ BİRLİK BAYRAMINIZ MÜBARƏK!
Image Gallery
http://bgmi.ge/index.php/news/item/785-qurban-bayraminiz-mubar-k#sigProIdb20b65e0f4