TBİLİSİDƏ QƏDİR-XUM BAYRAMI KEÇİRİLİB
Written by
ადმინისტრატორი
июля 30 2021
Bu axşam Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində şəhər sakinləri və ətraf məntəqələrdən dəvət olunan inanclı
müsəlmanların iştirakı ilə təşkil olunub.
Quran tilavəti ilə açıq elan olunan mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və ruhani xətiblər “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, imamətin Quran və hədislərin işığında isbatı, zərurəti və önəmindən danışıb, Peyğəmbərimizin (s) son sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar.
“Əhlibeyt” məscidinin həyətində təşkil olunan bu tədbirdə şeir, mövludnamə və ilahilər səsləndirilib.
Sonda tədbir iştirakçıları bayram şirniyyat süfrəsi ətrafında bir araya gəliblər.
Image Gallery
View the embedded image gallery online at:
http://bgmi.ge/index.php/news/item/790-tbilisid-q-dir-xum-bayrami-kecirilib#sigProId77af225f7d
http://bgmi.ge/index.php/news/item/790-tbilisid-q-dir-xum-bayrami-kecirilib#sigProId77af225f7d