Wednesday, October 27, 2021

İMAM HÜSEYNİN (Ə) “ƏRBƏİN” GÜNÜNƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLİB

Written by  сентября 25 2021
Rate this item
(0 votes)

Tbilisidə Həzrət İmam Hüseynin (ə) 40 mərasiminə həsr olunmuş “Məhərrəmlik mərasimlərinin mahiyyət və faydaları

” adlı seminar keçirilib. Seminarda paytaxt Tbilisi və ətraf rayon və kəndlərdən xanımlar iştirak edib.
Qurani-Kərimin tilavəti ilə başlayan seminarda Gürcüstan Müsəlman Qadınları İcmasının üzvləri Naidə Hacıyeva, Lalə Suleymanova, Esmira Nəsibova, Rəhimə Qurbanova və Minarə Nəbiyevanın mövzu ətrafında söhbətləri olub.
Çıxış edənlər Əzadarlıq məclislərinin məqsədi, əhəmiyyət və faydaları haqqında danışıb, Məhərrəmlik mərasimlərinin keçirilməsi haqqında yaranan şübhələri cavablandırıblar.
Almustafa Dini Təhsil Mərkəzində təşkil olunan seminar birgə dua oxumaqla sona çatıb. Sonda iştirakçılar ehsan süfrəsinə dəvət olunublar.

 

Read 52 times Last modified on Last modified on сентября 25 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ