Wednesday, October 27, 2021

MƏHƏRRƏMLİK MƏRASİMLƏRİ MÖVZUSUNDA ONLAYN KONFRANS KEÇİRİLİB

Written by  сентября 26 2021
Rate this item
(0 votes)

Ərbəin gününə (İmam Hüseyn (ə) və yaxınlarının şəhadətinin 40-cı gününə) həsr olunan onlayn konfrans təşkil olunub.

Konfrans “Muslimmedia”nın Youtube və Facebook səhifəsində yayımlanıb.
Məhərrəmlik mərasimlərinin mahiyyət və faydaları” başlığı altda keçirilən vebinarda Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, Gürcüstan Ruhaniləri Heyətinin üzvü Məşədi Vidadi Qurbanov, İran İslam Respublikasından din alimi Məhəmməd Baqir Saivər, Azərbaycandan tanınmış ruhanilərindən Hacı Mir Cəfər Eyyubov, Hacı İlqar İbrahimoğlu, Hacı Vuqar İsgəndərov, Hacı Təbriz Qasımov və Hacı Xəyal Tofiqoğlu və Türkiyədən isə dəyərli din alimləri Hacı Hasan Karabulut və Hacı Hasan Kanaatlı çıxış ediblər.
Qurani-Kərimdən bir neçə ayənin tilavət ilə başlayan konfransda çıxış edənlər Məhərrəmlik mərasimlərinin əhəmiyyəti və faydaları, məna və məzmunu, mesaj və dərsləri haqqında geniş danışıblar. Bu sahədə olan şübhə və tənqidləri cavablandırıblar.

Read 55 times Last modified on Last modified on сентября 26 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ