Wednesday, October 27, 2021

İslam dünyasının məşhur irfani siması, tanınmış alim Əllamə Ayətullah Həsənzadə Amuli ötən gecə dünyasını dəyişib.

Written by  сентября 27 2021
Rate this item
(0 votes)

Əllamə Həsənzadə Amuli İslam dini və Əhli-Beyt (ə) məktəbi maarifinin bir çox sahələrində söz sahibi və ustad idi.Əllamə Zülfünun adlanan Ayətullah Həsənzadə Amuli İslam maarifi, hikmət, fəlsəfə, irfan, riyaziyyat, astronomiya, ədəbiyyat, hədis və sair ixtisaslar üzrə dəyərli kitabların müəllifi idi. Onun Quran və insan, Quran və irfan və bürhan, Şəfa kitabından ilahiyyat, Nəhcül-Bəlağədə kamil insan, Cəbr və qədər, İmamət risaləsi, Astronomiya və həndəsə məsələləri və sair kitabları məşhurdur. Dəyərli aliminm vəfatı münasibətiylə ailəsinə, yaxınlarına, tələbələrinə və şəxsiyyətinə hörmət qoyan bütün insanlara dərin hüznlə başsağlığı veririk. Allah Taaladan o mərhum üçün ilahi rəhmət, məğfirət diləyirik!

Read 57 times Last modified on Last modified on сентября 27 2021

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ