Thursday, December 2, 2021

MUĞANLI KƏNDİNDƏ PEYĞƏMBƏRİMİZİN (S) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB

Written by  октября 24 2021
Rate this item
(0 votes)

Bu günlər, dünyada “Vəhdət” və “Mövlud” həftəsi olaraq tanınınır. Bu həftə günlərində dünyada olduğu kimi ölkəmizin

də bir neçə bölgələrində Həzrət Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) təvəllüd günləri münasibəti ilə bayram tədbirləri keçirilir.

Bu gün, Qardabaninin Muğanlı kənd məscidində təşkil olunan mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, yerli ruhanilər, bələdiyənin kənd nümayəndəsi və yerli müsəlmanlar iştirak edib.

Kəndin axundu Hümbət Əliyevin Qurani-Kərimdən ayələrin tilavəti və giriş sözü ilə açıq elan olunan mərasimdə Aləmlərə rəhmət olan Peyğəmbərimizin (ə) həyatından, ibrətli kəlamlarından, insanlığa örnək davranış tərzi və əxlaqi keyfiyyətlərindən və eyni zamanda Allah evi olan məscidin əhəmiyyəti, fəaliyyət sahəsi haqqında məlumat verib.

Sonda dini elm mərkəzində müəyyən dini savad almış Əlxan Hüseynovu məscidə ruhani olaraq təyin etmişdir.

Read 47 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ