Thursday, December 2, 2021

SON İLLLƏR ƏRZİNDƏ DİNİ SAHƏDƏ GÖRÜLƏN İŞLƏR HAQQINDA RUHANİLƏRƏ MƏLUMAT VERİLİB

Written by  ноября 25 2021
Rate this item
(0 votes)

Tbilsidə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov tərəfindən idarədə fəaliyyət göstərən bölgə ruhanilərinin iştirakı ilə toplantı keçirilib.
Qurani-Kərimin tilavəti ilə açıq elan olunan toplantıda dini qurumun son 8 il ərzində gördüyü işlər haqqında məlumat verilib. Projektorla statistik şəkildə müxtəlif sahələrdə görülən işlər təqdim olunub, dəyərləndirilib.
Hesabat məruzəsi ilə çıxış edən şeyx Hacı Ramin İgidov qeyd edib ki, ölkədə bir neçə yeni məscid inşa, ümumi 200-ə yaxın məsciddə isə təmir işləri həyata keçib. İllər ərzində onlarla məscidin səs gücləndiricilər və xalça kimi müəyyən ehtiyacları təmin olunub.
BGMİ şeyxi idarənin nəzdində 4 internet web səhifə və internet televiziyalarının fəaliyyət göstərdiyini və bu günə qədər 1300 verilişin çəkilərək yayımlandığını, 200-dən çox kitab, müxtəlif qəzet, poster və jurnalların iri tirajlarda nəşr və çap etdirildiyini bildirib.
Cari 8 il ərzində idarə tərəfindən həyata keçirilmiş xeyriyyə və digər tədbirlər barədə də məlumat verib. O, bütün dini bayram və mərasimləri qeyd etməklə yanaşı ümumilikdə 200 mövzuda konfrans, seminarlar, Quran və kitaboxuma yarışları, bölgələrdə dini kurslar və bir neçə təlim proqramlarının həyata keçməsindən də danışıb. Gürcüstandan bir başa Həcc, Ümrə Kərbəla və Məşhəd ziyarətlərinin təşkil olunduğunu da qeyd edib.
Sonra məscidin tikilişinin izni sahəsində olan süni problemlərdən danışıb. Dini ibadət yerləri haqqında olan çətinlik və ehtiyacların mərkəzi hökümət, parlament insan haqları komissiyası, Dini Məsələlər üzrə Dövlət Agentliyi və yerli idarəetmə orqanlarına dəfələrcə söylənildiyini və həllinə çalışıldığını bildirib.
Dini İdarənin şeyxi çıxışında müsəlman icmasına dövlət vəsaitinin artacağı haqqında məlumat verildiyini bildirib. Diqqət və qayğıdan dolayı Gürcüstan dövlətinə təşəkkür edib.
Sonda ruhanilərə İdarənin bir illik hesabatını əks etdirən jurnal, yeni ilin təqvimi və Qurani-Kərimin tərcüməsi ilə birgə bir neçə kitab hədiyyə olunub.
Qeyd edək ki, idarənin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcmasının üzvləri ilə də ayrıca bənzəri toplantı təşkil olunub.

Read 29 times

MƏSCİDLƏR

NAMAZ TƏQVİMİ